Bakıda baş kəsən gənc universitet tələbəsi imiş


Xəbər verdiyimiz kimi, bu gün Bakıda gənc oğlan əmisi oğlu Elnur Balaşirin oğlu Nəsirovun başını kəsib.

AFN.az criminal.az-a istinadən xəbər verir ki, qətli törədən Elşən Nəzir oğlu Nəsirov Azərbaycan Texniki Universitetinin Sənayenin Təşkili və İdarəolunması fakultəsinin II kurs tələbəsi imiş.

Qətlin qısqanclıq zəmnində baş verdiyi bildirilsə də, ətraflı açıqlama verilmir.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu