3 gündə qəzalarda 20 nəfər ölüb


Son 3 gün ərzində Azərbaycan yollarında baş verən qəzalarda 20 nəfər ölüb, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Trend-ə verdiyi məlumata görə, fevralın 21-i və 22-də ölkə ərazisində 20 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 11 nəfər ölüb, 23 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu