İŞİD-ə qoşulmaq istəyən 17 azərbaycanlı tutuldu


Türkiyə Silahlı Qüvvələri İŞİD terror təşkilatına qoşulmaq üçün Suriyaya gedən terrorçuları ələ keçirib.

AzVision.az türk KİV-lərinə istinadən xəbər verir ki, 2015-ci il ərzində Suriya sərhədində 909 xarici terrorçu döyüşçü yaxalayıb.

Onlardan 324-nün Çin, 98-nin isə Rusiya vətəndaşı olduğu bildirilir. Saxlanılan şəxslər arasında 17 Azərbaycan vətəndaşı da var. Belə ki, terrorçulardan 57-nin Əfqanıstan, 19-nun Almaniya, 17-nin Azərbaycan, 18-nin Fransa, 81-nin Fələstin, 14-nün İsveç, 23-nün Tacikistan, 63-nün Türkmənistan, 19-nun İngiltərə, 44-nün İndoneziya əsilli olduğu müəyyənləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu