70 manata görə 4 il iş aldı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Vaqif Novruzovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Prosesə hakim Rauf Əliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, təqsirləndirilən şəxs barəsində heç yerə getməməklə bağlı iltizam tədbiri həbs-qətiimkan tədbiri ilə əvəzlənib. V.Novruzov 4 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, quldurluq hadisəsi ötən il Keşlə qəsəbəsində baş verib.

Vaqif Novruzov oğurluq məqsədilə girdiyi mənzildən 70 manat götürüb. Həmin vaxt mənzil sahibi də evdə olub.

Polis əməkdaşlarının əməliyyat axtarış tədbiri nəticəsində Vaqif Novruzov həbs edilib. O, Cinayət Məcəlləsinin 180.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.(virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu