"Qızıl Məryəm"in cinayət işi rayon prokurorluğundan alındı


Yanvarın 5-də Nəsimi rayonunda iş adamı Məryəm Namidzadənin qətli ilə əlaqədar başlanmış cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunda aparılacaq.

Lent.az-ın məlumatına görə, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürməsiilə bağlı cinayət işi Nəsimi Rayon Prokurorluğunda başlansa da, sonradan toplanmış materiallar Bakı Şəhər Prokurorluğuna göndərilib. Hazırda istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Artıq cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Onların arasında M.Namidzadənin qızı Günel Hüseynova da var.

Onu da qeyd edək ki, M.Namidzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu