Bakıda keçmiş məhkumdan avtomat götürülüb


Bakıda keçmiş məhkumdan avtomat götürülüb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Emil Rəhimovdan 1 ədəd AKM markalı avtomat, 22 ədəd parton və 4 ədəd avtomat darağı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu