Sabirabadda kişi özünü güllələdi


Sabirabad rayonunda bədbəxt hadisə baş verib.


Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə yanvarın 12-də Sabirabad rayonunun Şıxsalahlı kəndində qeydə alınıb.

Meşə zolağında kənd sakini Nemət Məmmədli ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Sabirabad RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-K” markalı tüfəng götürülüb.
Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu