“Azərpoçt”dan vətəndaşların bağlamalarını oğurlayanlar tutuldular


Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 gün əvvəl Şahid Səmədov küçəsində “Azərpoçt” MMC-in 3 saylı filialının 32 saylı poçt şöbəsindən oğurluq etmiş şəxslər saxlanılıb.

Bunlar Bakı şəhər sakinləri - 21 yaşlı Tamerlan Məmmədov, 19 yaşlı Zöhrab Məmmədov və Beyləqan rayon sakini Qarakişi Əliyevdir. Saxlanılan şəxslər ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər oğurluqlarda da iştirakı üzə çıxıb. Belə ki, onlar yanvarın 15-inə keçən gecə Aşıq Ələsgər küçəsində Müşviq Hüseynova məxsus mağazadan 800 manat və tütün məmulatları, həmçinin 3 saylı poçt filialının 123 saylı şöbəsindən vətəndaşlara məxsus 100 ədəd bağlamanı da oğurlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin “Oğurluq” maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

(Musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu