Sərhəddə narkotik qaçaqmalçıları tutuldu


Azərbaycanın dövlət sərhədini pozan narkotik qaçaqmalçıları saxlanılıb.

Virtualaz.org Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən bildirir ki, 16 yanvar 2016-cı il tarixdə saat 01 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində nəzarətedici vasitələrə baxış keçirən sərhəd naryadı tərəfindən nəzarət iz zolağında sərhəd pozucularına məxsus iz aşkar edilib.

Horadiz sərhəd dəstəsinin və sərhəd zastavasının ehtiyat qüvvələri tərəfindən həyata keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində Füzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu saxlanıl­ıblar. Onların üzərində külli miqdarda narkotik maddə olan 2 kq həşiş, 1 kq 140 qram marixuana, 25 qram heroin və 30 qram tiryək aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Füzuli rayon sakinləri Məmmədov Elvin Allahverdi oğlu, Əhmədov Eloğlan Seyfi oğlu və Abdullayev Murad Akif oğlu müəyyən­ləşdirilərək saxlanılıblar.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu