Zibillikdən yenə silah-sursat tapıldı


Bakı ərazisindən yığılmış məişət tullantılarının arasında silah-sursat aşkar edilib.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Virtualaz.org-a daxil olan məlumatda deyilir ki, Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif silah-sursat hissələri tapılıb. “Təmiz Şəhər” ASC-in əməkdaşları həmin tapıntıları polisə təhvil verib.

Aşkar olunan təhlükəli əşyalar bunlar olub:

- 1 ədəd baraban tipli tapança - 1 ədəd avtomat darağı - 1 ədəd süngü bıçaq - 1 ədəd 12.7 çaplı patron - 2 ədəd 7.62 çaplı patron - 24 ədəd 5.45 çaplı patron.

ASC bildirir ki, paytaxtdan yığılan məişət tullantıları hər gün çeşidlənmə zavoduna təhvil verilir. Burada həmin tullantılar tərkibindəki təkrar emala yararlı materialların ayrılması üçün çeşidlənir və yenidən emal zavodlarına göndərilir. Əlavə olunur ki, iş prosesi zamanı bəzən tullantılar arasından adi tullantı olmayan əşyalar da tapılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu