Azərbaycanda 24 yaşlı qızın başını kəsdilər


Sumqayıtda qətl törədilib.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Cavanşir qızı Salayeva yaşadığı evdə qətlə yetirilib.

Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, artıq hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu