Şəmkir sakini bıçaqlanıb


Şəmkirdə bıçaqlanma olub.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Təzəkənd kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Niyaməddin Akif oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu