Vətəndaşa 100 min manat atanlar məhkəmə zalından azadlığa çıxdılar


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamal Əhmədov və Mansur Əhmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.


"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Əhmədova 7 il 6 ay, K.Əhmədova 7 il müddətinə şərti cəza verilib. Hər iki şəxs barələrində 2 il sınaq müddəti seçilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, K.Əhmədov və M.Əhmədov 2015-ci ildə həbs olunub. Hər iki şəxs vətəndaşdan 100 min manat pul alaraq qaytarmayıblar. Məhkəmə prosesi zamanı zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu