Rusiyada 36 yaşlı azərbaycanlı qətlə yetirilib


Rusiyanın Volqodonsk şəhərində 36 yaşlı azərbaycanlı qətlə yetirilib.


Virtualaz.org saytı APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi yanvarın 23-də pivə barında baş verib.

İki müştəri arasında baş vermiş mübahisə qətl ilə nəticələnib.

Volqodonsk sakini, 1993-cü il təvəllüdlü şəxs 36 yaşlı azərbaycanlı tanışını bıçaqlayıb. Xəstəxanaya çatdırılan azərbaycanlının həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxs saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi qaldırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu