Avtobus sürücüsü piyadanı vuraraq hadisə yerindən qaçıb


Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.


Hadisə rayonun Badamdar qəsəbəsində qeydə alınıb. Avtobus sürücüsü Mehman Əsədov qəsəbənin Mikayıl Müşfiq küçəsində yolu keçmək istəyən piyadanı vurub. Piyadanı vurandan sonra sürücü Mehman Əsədov avtobusdan düşərək hadisə yerindən qaçıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Piyada İsrafil Xankişiyev dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir. Hadisə yerindən qaçan sürücü Mehman Əsədov sonradan xəstəxanaya gələrək xəstənin vəziyyəti ilə maraqlanıb. Baş vermiş hadisə ilə əlaqədar Səbail Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu