Qanunsuz ov edənlər cərimələndi


Ötən il Azərbaycanda Milli Parkların ərazisinə daxil olan turistlərin sayı 75 min nəfər olub.


Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, hazırda ölkədə ümumi sahəsi 892 min 546,49 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, milli parklar isə 3,7 faizini təşkil edir.

2015-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qeydə alınmış qanun pozuntusu faktlarına görə təqsirkarlara qarşı 815 akt və 263 protokol tərtib olunub. Qanun pozucularına görə inzibati qaydada 169 min 630 manat məbləğində cərimə tətbiq edilib. Tədbir görülməsi üçün 18 iş hüquq mühafizə orqanlarına, 149 iş isə aidiyyəti üzrə rayon məhkəmələrinə və icra bölmələrinə göndərilib.

O cümlədən, cari il ərzində qanunsuz ovla bağlı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərə qarşı 63 akt və 63 protokol tərtib edilərək, onlardan 57 ov silahı və 250 patron götürülüb.

Təqsirkar şəxslərə qarşı 67 min 800 manat məbləğində cərimə tətbiq edilib. Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti tərəfindən 11 akt və 11 protokol tərtib edilərək, qanun pozucularına qarşı 8 min 400 manat məbləğində cərimə və iddia tətbiq olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu