Baş Prokurorluq arvadını öldürüb intihar etmək istəyən şəxs barəsində hökmdən kassasiya protesti verib


Baş Prokurorluq arvadını öldürüb intihar etmək istəyən Sənan Qulamovun barəsində olan hökmdən kassasiya protesti verib.


APA-nın məlumatına görə, şikayətə Ali Məhkəmədə fevralın 2-də baxılacaq.

Qeyd edək ki, Sənan Qulamov həyat yoldaşı Əfiqəni qohumu Fəridə Səlimcanovanın evində qətlə yetirib. Sözügedən qətl hadisəsi 2014-cü il aprel ayının 5-də Keşlə qəsəbəsində baş verib. Hadisədən sonra o, özü də intihar etmək istəyib. Boyun, qol və qarın nahiyələrindən özünə xəsarət yetirib. Ətrafdakılar onun özünü öldürməsinə mane olublar.

Xəstəxanada S.Qulamova tibbi yardım göstərilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Qulamov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sənan Qulamov cəzasının yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə Sənan Qulamovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 11 ilə endirilib. Həmin hökmlə razılaşmayan prokuror isə kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu