Şirvanda 43 yaşlı kişi özünü asdı


Şirvan şəhərində intihar hadisəsi baş verib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Şirvan sakini, Mehmandarov küçəsi, ev 16-da yaşayan 1973-cü il təvəllüdlü Ağayev Səfayət Malik oğlunun meyiti yarımçıq tikilidə asılmış vəziyyətdə aşkar edilib. İntiharın hansı səbəbdən baş verdiyi araşdırılır.

S.Ağayevin intihardan əvvəl məktub yazdığı bildirilir. Məktubun məzmunu açıqlanmır. Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu