Bakıda polis axtarışda olan dörd nəfəri tutdu


Bakıda axtarışda olan dörd nəfər tutulub.


Bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Faiq Səfərov tutulub.

Bundan başqa, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1958-ci il təvəllüdlü Elman Əliyev, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1959-cu il təvəllüdlü Sahib Əliyev, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Bəxtiyar Novruzov tutulub.

Bütün faktlar üzrə araşdırmalar davam etdirilir. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu