Radikal təmayüllü cinayətkar dəstənin 4 üzvü də tutulub

Xəbərin çap versiyası
Tarix: 4-03-2015, 15:47    |    Xəbər oxunub: 434 dəfə
Radikal təmayüllü cinayətkar dəstənin 4 üzvü də tutulub Qəbələdə qətl törətmiş radikal təmayüllü dini qruplaşmaya məxsus mütəşəkkil cinayətkar dəstənin daha 4 üzvü ifşa edilib. Beləliklə, dəstənin həbs edilən cinayətkar üzvlərinin sayı 8-ə çatıb.

Trend Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən xəbər verir ki, respublikanın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə ölkə ərazisində bir sıra ağır cinayətlər, o cümlədən quldurluqlar, oğurluqlar törətməkdə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini, iş adamı Vahid Vahabovu odlu silahla qətlə yetirməkdə, həmçinin vətəndaşlara ağır xəsarətlər yetirməkdə, onlara məxsus avtomobilləri qaçırmaqda şübhəli bilinən daha bir təhlükəli mütəşəkkil cinayətkar dəstə ifşa edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən xeyli miqdarda odlu və soyuq silah-sursat götürülüb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətlərinin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, həmin cinayətkar dəstənin daha 4 üzvü - Xəlil Məmmədov, Rəşad Səfəralıyev, Şakir Məmmədov və İlqar Abdullayev tutularaq məsuliyyətə cəlb olunublar. Bu şəxslərə məxsus evlərə baxış zamanı 5 ədəd əl qumbarası, 1 tapança, 160 müxtəlif çaplı patron tapılaraq götürülüb və müvafiq qaydada sənədləşdirilib.

Mütəşəkkil dəstənin digər üzvlərinin tapılıb tutulmaları, onların başqa cinayətlərdə iştiraklarının müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zakir Həsənov:

Zakir Həsənov: "Düşmən təxribatlarının qarşısı adekvat tədbirlərlə alınmalıdır"

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı-

Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı- Azərbaycanda dəhşətli hadisə

Kümçülər 499,28 ton yaş barama təhvil veriblər

Kümçülər 499,28 ton yaş barama təhvil veriblər

Sabiq nazir mülk davasına başladı -

Sabiq nazir mülk davasına başladı - Şirkəti və dövlət qurumunu məhkəməyə verdi

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır-

Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır- Niftalı Qasımovu yalan danışmağa kim və nə vadar edir?

Qüdrət Qurbanov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Qüdrət Qurbanov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Mehriban Əliyeva Həlimə Əliyevanın ailəsinə başsağlığı verdi

Mehriban Əliyeva Həlimə Əliyevanın ailəsinə başsağlığı verdi

Bakıda peyda olan bu şəxslər kimlərdir?

Bakıda peyda olan bu şəxslər kimlərdir?

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Elçibəyin xanımının cənazəsi Kələkidədir

Elçibəyin xanımının cənazəsi Kələkidədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur