İki qadın tutulub - oğurluq və bıçaqlamaya görə


Bakıda oğurluq edən qadın tutulub.


TİA.AZ-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Sevinc Həbibiyə məxsus evdən qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Mahizər Məmmədova saxlanılıb.

DİN-in digər məlumatına görə, fevralın 6-da Sumqayıt şəhərində yaşayan Daşqın Hüseynovun evində Qubadlı rayon sakini Aygün Quliyeva münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.
Sumqayıt şəhər 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Quliyeva tutulub.

Hər iki faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu