Bakıda mağazadan “Milli Ön” terminalı oğurlayanlar tutuldu


Paytaxtda mağazadan “Milli Ön” ödəmə terminalı oğurlanıb.


Virtualaz.org bildirir ki. bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Abid İsrafilova məxsus mağazadan 70 manat və orada quraşdırılmış “Milli Ön” ödəmə terminalını oğurlamış Bakı şəhər sakinləri Firuz Abbasov, Azər Mirzəyev və Mədət Hüseynov tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu