Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlandı


Paytaxtda mənzillərin birindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.


“Report”un xəbərinə görə, hadisə Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 84, mənzil 49-da baş verib.

Belə ki, həmin mənzildə yaşayan Daşqın Hümbət oğlu İsmayılovun evindən 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu