Yol polisi 3 "avtoş" saxlayıb


Bakıda avtoxuliqanlıqla məşğul olan 3 nəfər tutulub.

Afn.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, martın 3-də saat 01 radələrində Xətai rayonu ərazisində Roman Səmədov idarə etdiyi “Opel” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Xətai Rayon Məhkəməsinə göndərilib.

Cari il fevral ayının 20-də isə Yasamal rayon ərazisində Səid Həsənov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə göndərilib.

Ondan əvvəl, cari il yanvar ayının 23-də paytaxt sakini Qabil Hüseynov da idarə etdiyi "Opel" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Nizami Rayon Məhkəməsinin qərarına əsasən Q.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu