Sərhəddə tutuquşu əməliyyatı


Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar buraxılış məntəqəsində 380 ədəd baytarlıq sənədi olmayan tutuquşunun Dağıstan ərazisinə keçirilməsinin qarşısı alınıb.

AFN.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə mətbuat xidməti məlumat yayıb.

Xidmət müfəttişləri yükün daşınması zamanı baytarlıq-sanitar qaydalarının pozulmasına dair akt tərtib ediblər. Quşlar Azərbaycan Respublikası ərazisinə geri qaytarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu