Tanışını bıçaqlayan oğlan 8 il müddətinə azadlıqdan məhrum edilib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 1992-ci il təvəllüdlü Maarif Dəmirovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məgkəmənin hökmü ilə M.Dəmirov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayında Nəsimi rayonunda baş verib. M.Dəmirov münaqişə zəminində tanışı 1992-ci il təvəlüdlü Etibar Mehdiyevi bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. M.Dəmir Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu