​Oğurluq edən bir neçə şəxs tutulub


İmişlidə oğurluq edən şəxs saxlanılıb.


"Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Belə ki, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Cabir Qurbanova məxsus mağazadan 145 manat, tütün məmulatı və ərzaq məhsulları oğurlayan şəhər sakini Amil Nuriyev tutulub.
Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 18-də rayonun Eyvazlı kəndində Ağdam rayon mexaniki suvarma idarəsinə məxsus subartizan quyusundan 49 metr elektrik kabeli oğurlayan rayon sakini Amil İsmayılov tutulub.
Bakının Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölbəsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əyyub Abbasova məxsus mağazadan 376 manat oğurlayan Bakı şəhər sakinləri Vüsal Səmədov və Murad Mirzəyev saxlanılıb. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların daha 2 mağazadan oğurluq etmələri də müəyyən edilib.
Paytaxtın Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 19-na keçən gecə Bakı şəhər sakini Yavər Cəfərova məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlayan paytaxt sakini Vüsal Zeynalzadə tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun fevral ayının 16-dan 19-dək olan müddətdə daha 3 nəfərə məxsus avtomobillərdən akkumulyator oğurlaması da müəyyən edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu