​Bakıda xarici vətəndaşın şirkətindən 5 min manat pul oğurlanıb


Bakıda qadına məxsus şirkətdə oğurluq hadisəsi baş verib.


“Report”un xəbərinə görə, oğurluq Özbəkistan vətəndaşı Zeynəb Bağırovaya məxsus Vaqif küçəsi, 5 ünvanında yerləşən “Geeta Pharma” MMC-dən edilib.
Belə ki, ofisin arxa qapısını sındıran oğru (və ya oğrular) oradan 5 min manat pul, 1 ədəd kreslo, 4 ədəd stul və noutbuk aparıblar.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsində (PB) araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu