Bakıda müəllimə məktəbdə döyüldü


Bakının Səbail rayonunda orta məktəbdə xoşagəlməz hadisə baş verib.

AFN.az teleqraf.com-a istinadən xəbər verir ki, insident N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbdə hələ kimliyi dəqiqləşdirilməyən valideyn xuliqanlıq zəmnində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb. Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu