​“Sədərək” ticarət mərkəzindən 100 min manatlıq oğurluq olub


“Sədərək” ticarət mərkəzindən 100 min manatlıq oğurluq edilib.


“Report”un xəbərinə görə, 1976-cı il təvəllüdlü Mirkişi Əsədov polisə müraciət edərək həmin ticarət mərkəzində ona məxsus anbardan oğurluq edildiyini bildirib.
M.Əsədov ərizəsində ona məxsus anbarda işləyən 26 yaşlı Əli Rüstəmovun oradan 100 min manatlıq elektrik məişət əşyaları mənimsədiyini deyib.
Faktla bağlı Qardağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsində (PB) araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu