Bakıda 46 yaşlı qadın döyülərək zorlanıb


Bakıda dəhşətli zorlama hadisəsi baş verib.


Sumqayıt şəhər sakini 1970-ci il təvəllüdlü E.M. polis bölməsinə ərizə ilə müraciət edərək zorlandığını bildirib.

O deyib ki, gecə saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində Xəyyam adlı şəxs onu döyərək zorla cinsi əlaqədə olub.

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qadını zorlayan şəxsin kimliyi bəlli olub. Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Xəyyam Quliyev (soyad şərtidir) şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma aparılır. (Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu