Atçılıq idman kompleksində oğurluq olub


Bakı şəhəri, Binə qəsəbəsində yerləşən Atçılıq idman kompleksində oğurluq olub.


Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, idman kompleksində Bakı şəhər sakini Emin Məmmədovun 802 manatını, 46050 rubulunu və evinin açarlarını masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həmid Mirzəyev tutulub.
Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu