İnsan alverçisi olan qadına 10 il həbs cəzası verildi


Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan 1964-cü il təvəllüdlü Bakı şəhər sakini Qəmbərova İrina Petrovnanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Prosesə hakim Azər Orucov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, İ.Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət işinin istintaqı DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi aparıb.

Cinayət işi üzrə yeddi nəfər özbək qadın zərərçəkmiş kimi tanınıb. Məlum olub ki, İ.Qəmbərova həmin qadınları cinsi istismara məruz qoyub.

Törətdiyi əmələ görə, İ.Qəmbərovaya qarşı Cinayət Məcəlləsinin 144-1.2.1 (insan alveri), 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-3.4 və 243.1-ci (fahişəliyə cəlb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, erməni əsilli olduğu bildirilən İ.Qəmbərova saxlanılarkən özünü keçmiş həyat yoldaşının azərbaycanlı arvadı kimi təqdim edib.

Virtualaz



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu