Ağstafada ödəmə terminalı oğurlanıb



Ağstafa rayonunda oğurluqla məşğul olan şəxslər tutulub.


Afn.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayon sakinləri Şəhla Abbasovaya və Saleh Məmmədova məxsus mağazalardan pul, tütün məmulatı, spirtli içki və “E-Manat” ödəmə terminalı oğurlamış həmyerliləri Elnur Xəlilov və Məhərrəm Seyidov tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu