Azərbaycana narkotik ən çox İrandan gəlir


Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2015-ci ildə 57 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb olunub.


APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövryyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi”ndə əksini tapıb.

Məsuliyyətə cəlb olunmuş 57 nəfər xarici ölkə vətəndaşlarından 65 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 31 nəfəri İran İslam Respublikası, 20 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 1 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Türkmənistan vətəndaşı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu