Bakıda Avstraliya vətəndaşının qızılları oğurlanıb


Avstraliya vətəndaşının qızıllarını oğurlayan Bakı sakini saxlanılıb.


Afn.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisindəki hotellərdən birində Avstraliya vətəndaşı Adam Stenford Kimə məxsus 5000 manat dəyərində qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Sona Əliyeva saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu