Prokuror Şilderin qatilinə hökm oxuyan hakimdən şikayət etdi


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Almaniya vətəndaşı Vüsal Şilderi qətlə yetirən şəxslərdən birinə oxunan hökmlə razılaşmayan prokuror apelyasiya şikayəti verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmənin çıxardığı qərarla razılaşmayan dövlət ittihamçısı Abisalam Heydərov dünən apelyasiyaya şikayət edib. Belə ki, prokuror qətldə iştirak edən şəxslərdən biri Seymur Talıbova kəsilən hökmün 15 ildən 2 ilə endirilməsi ilə razılaşmayıb.

Qeyd edək ki, prokuror Vüsal Şilderin qətlində iştirak edən şəxslərin hər birinə ayrılıqda 15 il istəsə də, hakim Elman İsgəndərova 15 il, lakin Seymur Talıbova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi.

Xatırladaq ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu 2013-cü ilin mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində yaşadığı evin yaxınlığında bıçaqlanmış, xəstəxanaya aparılarkən dünyasını dəyişmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu