Qazaxda oğurluq edən şəxs tutulub


Qazaxda oğurluq edən şəxs tutulub. Qazaxda Mərkəzi Universamdan 2 kq 600 qram gümüş, Ağköynək kənd sakini Rasim Nəsibova məxsus mağazadan isə min manat dəyərində tütün və ətir oğurlayan Adil Hacıyev saxlanılıb.


Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı kənd sakininin evindən həmkəndlisinin ticarət obyektindən oğurladığı əşyalarla yanaşı, gümüş bilərziklər də aşkarlanıb.
Məlum olub ki, Adil Hacıyev 2 ay öncə Mərkəzi Universamdan oğurladığı gümüş bilərzik və boyun bağlarının bir qismini paytaxtda 600 manata satıb, bir qismini isə yaşadığı evdə saxlayıb. Hazırda əvvələr məhkum olunmuş şəxsin digər cinayət hadisələrində iştirakı araşdırılır. (report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu