Qanunsuz miqrasiya ilə məşğul olan 5 mütəşəkkil dəstə zərərsizləşdirilib


Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər nəticəsində 10 nəfər Banqladeş vətəndaşı saxlanılıb.


Bu barədə "Report"a DMX-dən bildirilib.
Məlumata görə, araşdırma zamanı Banqladeş vətəndaşı Miah Firusun Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Azərbaycan-Türkiyə-Avropa marşrutu ilə qanun­suz miq­rasiya kanalını təşkil etdiyi məlum olub. Belə ki, Miah Firus Türkiyədə yaşayan Banqladeş vətəndaşı Baharul Babarla əlaqəyə girərək Banqladeş vətəndaşları Bepari MD Uzzal, Amin Mohammad Nurul, Hasan MD Mahibul, Kudus MD, Hasan Mahmudulun Naxçıvan istiqamətindən Türkiyəyə keçirilməsini təşkil etməyə çalışıb. Bu məqsədlə öz həmvətənlərini aldadaraq Azərbaycana gətirib burada onları müxtəlif ünvanlarda yerləşdirib. Təşkilatçı Mirah Firus da daxil olmaqla qeyd edilən əcnəbilər Naxçıvan Muxtar Respublikasına getməyə cəhd edərkən Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən saxlanılıblar.
Həmçinin, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı ölkə ərazisində qeyri-leqal yaşayan Banqladeş Xalq Respublikası vətəndaşları Ahmad Rubel, Ali Muslim, Uddin Mohammad Jamir, Ahmad Mohammad Foysal saxlanılıblar. Məlum olub ki, qeyd edilən şəxslər Azərbaycan-İran-Türkiyə-Avropa marşurutu üzrə qanun­suz miq­rasiya axınına qoşulmaq məqsədilə Banqladeş Xalq Respublikası vətəndaşı Nahid Neovaz tərəfindən aldadılaraq Azərbaycana göndəriliblər. Nahid Neovazın qanunsuz əməlləri Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar edilib və şəxs bu il yanvarın 25-də Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən kompleks tədbirlər nəticəsində son 5 ay ərzində Azərbaycan ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşurutu üzrə miqrasiya kanalı təşkil edən 5 mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu