Qayınata kürəkənini bıçaqladı


Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Aşağı Qaramanlı kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 35 yaşlı Rövşən Elxan oğlu Ağayev qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. O, cərrahiyyə şöbəsində əməliyyat olunub. Yaralının qohumu Rövşən Ağayev "Report"a bildirib ki, R.Ağayev qayınatası Əlövsət adlı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu