23 yaşlı Gülnarın qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR


Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gəlin, 23 yaşlı Gülnar Həbibovanın qətli ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

İstintaqa ilkin ifadəsi zamanı Samir Həbibov həyat yoldaşını təsadüfən öldürdüyünü etiraf edib.

“Evdə mübahisə etdik. Mən onu yüngülcə itələdim. Gülnar yerə yıxıldı. Başı yerə dəydi və keçindi”.

Samir cəsədi itirmək üçün qardaşına zəng edib. Bundan sonra onlar Gülnarənin meyitini velosipedlə yaşadığı yerdən 10 km aralıda yerləşən meşəliyə apararaq orada basdırıblar.

O, polis əməkdaşları ilə 26 may tarixində meyiti basdırdığı meşəyə gedib. Lakin cəsədin basdırıldığı yeri tapa bilməyiblər. Samir Həbibov sonradan dəqiq yeri göstərib.

Cəsəd 1 aydan artıq basdırıldığına görə tanınmaz hala düşüb. Cəsəd kimliyin təyin edilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Bu isə minimum bir ay vaxt çəkəcək.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu