​Salyan sakini qardaşını döyərək xəstəxanalıq edib


Salyanda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Marışlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 57 yaşlı Nəbi Təvəkkül oğlu Rüstəmov sağ göz nahiyəsinin və sağ qasıq nahiyəsinin xəsarəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Həkimlər tərəfindən ona ilk tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Zərərçəkən qardaşı tərəfindən xəsarət aldığını bildirib.
Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu