17 yaşlı qız intihar etdi- Cəlilabadda


Bu gün Cəlilabadda intihar hadisəsi baş verib.

Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 1999-cu il təvəllüdlü Səbinə Ümidvar qızı Quliyeva evlərinin birinci mərtəbəsində özünü iplə asaraq intihar edib. 17 yaşlı qızın özünü hansı səbəbdən öldürdüyü hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu