Bakıda yol polisi qəza törətdi


Bu gün saat 15:50 radələrində Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında, Sumqayıt-Bakı yolunda qəza baş verib.

Dövlət Yol Polisi əməkdaşlarının olduğu “99 YP 734” dövlət nömrə nişanlı BMV markalı avtomobillə “06 BE 009” dövlət nömrə nişanlı “Audi” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində “99 YP 734” dövlət nömrə nişanlı BMV markalı avtomobil yararsız vəziyyətə düşüb.

“Audi” markalı minik avtomobilinə isə qismən ziyan dəyib.

Xəsarət alan yoxdur. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu