Məktəbin zirzəmisindən silah-sursat tapıldı


261 saylı məktəbin zirzəmisindən silah-sursat aşkar edilib.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 12-də Xətai rayonundakı 261 saylı məktəbin direktoru məktəbin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə Xətai RPİ 34-cü PB-yə müraciət edib.

Hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan 1 ədəd alışqansız “F-1” qumbarası, 1 ədəd alışqanlı “RQD-5” qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd “Viola-M” rabitə qurğusu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu