Kişi öz evini yandırıb külə çevirdi – Gəncədə


Gəncədə ev sahibi yaşadığı mənzili yandırıb.

Axar.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün günorta saat 12:00-da Gəncə Şəhəri, Məhsəti qəsəbəsində yeni salınan yaşayış massivində Vüqar İmanova məxsus, ümumi sahəsi 25 kvadratmetr olan fərdi yaşayış evində yanğın baş verib. Hadisənin ailə mübahisəsi zəminində baş verdiyi güman olunur.

Dərhal hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürmə briqadası cəlb olunub. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq bir otaqlı ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yanğınsöndürmə briqadası yalnız alovun ətraf ərazilərə yayılmasının qarşısını ala bilib.

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Rahib Nadirov bildirib ki, yanğın yerinə yanğınsöndürmə briqadaları cəlb olunub və qısa müddətdə yanğının qarşısı alınıb:

“Yanğın zamanı xəsarət alan yoxdur. Dəyən ziyan müəyənləşdirilir. Qonşuların deməsinə görə, yanğın ailə münaqişəsi zəminində törədilib".
Yanğın baş verən zaman mənzildə ev sahibi Vüqar İmanovdan başqa heç kim olmayıb. Hadisə barədə Yanğından Mühafizə İdarəsinə isə qonşular məlumat verib.

Evin kiçik övladı Xudakərim İmanov yanğından danışıb:

“Mən qonşudaydım. Xala gəlib dedi ki, ev yanır. Qonşular dərhal 102-yə zəng etdilər. Çox çalışdılar, evi söndürə bilmədilər”.

Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq sutrukturları ilə yanaşı, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində də araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu