Qayınatası tərəfindən öldürülən qadının atası danışdı- VİDEO


Qayınata gəlinini yabaya keçirdi.

Hadisə rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 62 yaşlı Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 32 yaşlı Rəmziyyə Əbdürrəhmanovaya yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Ölən şəxsin keçmiş həyat yoldaşı Elsevər Adıgözəlov kamera qarşısında danışmaq istəməsə də, bildirib ki, gecə saatlarında atası mal-qaraya qulluq göstərərkən, qapı döyülür. Qapını açan qayınata isə gəlinin təhqiramiz ifadələrinə məruz qalır. Bu vaxt əlindəki yaba ilə gəlinə xəsarət yetirir. Gəlin isə bir neçə metr getdikdən sonra yıxılır və həyatını itirir.

3 uşaq anası olan Rəmziyyə Əbdürrəhmanova həyat yoldaşından 7 il öncə ayrılıb. Məhkəmənin qərarına əsasən o, həyat yoldaşı ilə eyni evdə yaşayıb.

Qabil Abdulrəhmanov - qətlə yetirilən şəxsin atası: "7 min aliment pulu verməlidir, o pulu vermir. Neçə ildir, vermir. Qız tələb edir ki, aliment pulumu ver. Söhbətləri düşüb, qıza deyib ki, sən gələrsən axşam evə".

Hadisəni törədən M. Adıgözəlov saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu