Maşallah Əhmədov 100 min dollarlıq dələduzluqla üzləşib


Hazırda ev dustaqlığında olan tanınmış, keçmiş futbolçu Maşallah Əhmədov dələduzluqla üzləşdiyini iddia edir.

M.Əhmədov hüquq-mühafizə orqanlarına müraciət edərək 2008-ci ildə Sabunçu rayonu ərazisində Ucar rayon sakini 57 yaşlı Qoşun Rəhimovun ondan 100 min ABŞ dollar aldığını, lakin indiyədək qaytarmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Əhmədov ötən il dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra o, ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən “Neftçi” klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. (“Report”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu