Buzovnada evdən 15 minlik qızıl oğurlandı


Bakıda mənzildən 15 min manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AFN.AZ-a verilən məlumata görə, avqustun 2-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Kəmalə Xudatovanın evindən 15000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Lətif Məhərrəmov tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu