Evində silah tapılan icra nümayəndəsi azadlıqda


Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə həbsdə olan sabiq nümayəndəsi Şakir Hacıyev azadlığa buraxılıb.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ş. Hacıyevin barəsində olan məhkəmə hökmü dəyişdirilib. Onun cəzası şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Ş. Hacıyev 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ş. Hacıyev apellyasiya şikayəti verib.

Ş. Hacıyev bu il yanvarın 15-də saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, onun mənzilində silah tapılıb. Ş. Hacıyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirləndirilib. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu